Aksiyalarda mindən çok etirazçı saxlanılıb

Oxunma vaxtı:27 Saniyə

Türkiyədə 19-23 mart tarixlərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə etiraz məqsədilə keçirilən aksiyalarda 1133 nəfər saxlanılıb. 

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, saxlanılanlar arasında 12 müxtəlif terror təşkilatına bağlı şəxslər müəyyən edilib.

“Buradan açıq şəkildə xəbərdarlıq edirik: heç kim gənclərimizdən və xalqımızdan öz siyasi əməlləri üçün sipər kimi istifadə etməyə çalışmasın. Bunun günahını təkcə siyasi deyil, həm də hüquqi olaraq heç kim ödəyə bilməz”,- Yerlikaya əlavə edib. 

Nazir, həmçinin bildirib ki, aksiyalarda 123 polis yaralanıb. 

Loading

Next Post

Millimizin oyunlarının təqvimi açıqlandı

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.Yığmamız ilk oyunu səfərdə İslandiyaya qarşı keçirəcək. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv son turda evdə Fransa ilə qarşılaşacaq.5 sentyabr22:45. İslandiya – Azərbaycan22:45. Ukrayna – Fransa9 sentyabr20:00. Azərbaycan – Ukrayna22:45. Fransa – İslandiya10 oktyabr22:45. Fransa – Azərbaycan22:45. İslandiya – Ukrayna13 oktyabr22:45. İslandiya […]