Baş nazirin müavinlərinin sayı üç oldu

Oxunma vaxtı:31 Saniyə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə maliyyə naziri Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

Bununla Baş nazirin müavinlərinin sayı 3-ə çatıb.

Belə ki, hazırda Baş nazir Əli Əsədovun birinci müavini vəzifəsini Yaqub Eyyubov tutur. O, 1999-cu ildə müavin, 2003-cü ildə isə birici müavin təyin edilib.

Baş nazirin müavini isə Şahin Mustafayevdir. 2008-ci ildən 2019-cu ilədək 3 müxtəlif nazirliyə rəhbərlik etmiş Şahin Mustafayev artıq 6-cı ildir ki, Nazirlər Kabinetində çalışır.

Məlumat üçün bildirək ki, əvvəllər kənd təsərrüfatı naziri (2004-2013) işləmiş İsmət Abbasov da sonradan baş nazirin müavini (2013-2018) vəzifəsində işləyib.

Loading

Next Post

Yanvar ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.