Azərbaycan və İran xüsusi təyinatlıları birgə təlimdə – Fotolar

Oxunma vaxtı:25 Saniyə

İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə “Araz – 2024” birgə taktiki təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyin məlumat yayıb, 

Təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksəksəviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.

Daha sonra “Araz – 2024” birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.

Loading

Next Post

Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam

Prezident İlham Əliyev AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, G. Baxşəliyeva AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. Sabah onun […]