Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb

Oxunma vaxtı:28 Saniyə

İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.

Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb. Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 80 deputat növbədənkənar sessiyanın çağırılması üçün parlamentin sədrinə müraciət edib və iyun ayında parlamentin növbədənkənar sessiyası olacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Loading

Next Post

Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında imzalanmış iki sənədi təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasındakı iki sənədi təsdiqləyib. Dövlət başçısı 2024-cü il martın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”i təsdiq edib. Prezident İlham Əliyev 2024-cü il martın 11-də […]