Milli Məclis Azərbaycanın “Metrik Konvensiya”ya qoşulmasını ratifikasiya edib

Oxunma vaxtı:21 Saniyə

Milli Məclis Azərbaycanın “Metrik Konvensiya”ya qoşulmasını ratifikasiya edib.

Konvensiyanın təsdiqi haqqında qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.

Deputatların müzakirəsindən sonra “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Metrik Konvensiya (Metr Konvensiyası) – ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir və 1875-ci il mayın 20-də Parisdə 17 ölkə tərəfindən imzalanıb.

Loading

Next Post

Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır

Ali Məhkəmə cinayət işi çərçivəsində baxılmış mülki iddiaya dair qəbul edilmiş hökmün icrası zamanı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin hissəyə izah verilməsinin mümkünlüyünə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə qərar Ali Məhkəmədə baxılan iş əsasında qəbul olunub. İşin hallarına görə, birinci instansiya məhkəməsinin hökmü […]