Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib

Oxunma vaxtı:51 Saniyə

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşılıqlı şəkildə sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, məhkəmə hər iki tərəfə münasiqəşədən irəli gələn ziddiyyətli məsələləri daha da dərinləşdirməmək barədə çağırış etmişdi.

“Ermənistana qarşılıqlı şəkildə sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə etmişdi. Bu çağırış da məhz Azərbaycanın siyasi mövqeyi ilə üst-üstə düşür. Lakin növbəti illərdə qaldırılan məsələlərə baxılacaq və hüquqi qiymət veriləcək. Bu həqiqətlərin məhkəmədə sübut edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik”, – deyə E.Məmmədov əlavə edib.

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanla Rusiya arasında kruiz əlaqəsinin açılması böyük potensiala malikdir - İqor Babuşkin

Azərbaycanla Rusiya arasında kruiz əlaqəsinin açılması böyük potensiala malikdir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib. “Fikrimizcə, Azərabycanla Rusiya, xüsusilə də Həştərxan vilayəti arasında kruiz əlaqəsinin mümkün açılışı böyük potensiala malikdir, belə ki, biz bu məsələni Xəzəryanı tərəfdaşlarımızla iki ildir müzakirə edirik”, – deyə […]