Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü

Oxunma vaxtı:24 Saniyə

Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoqun dinamik inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.

Loading

Next Post

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

Bu gün saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək.Bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək. Tədbir məkanını ziyarət edəcək və ya bağlanış mərasimində iştirak edəcək  şəxslərdən qeyd edilənləri nəzərə almaları xahiş olunur.