Bakının iki qəsəbəsində və 20-ci sahədə su olmayacaq

Oxunma vaxtı:23 Saniyə

Sentyabrın 3-də, saat 06:00-dan 21:00-dək Bakının Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, Çernyaxovski küçəsi, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata görə, fasilə Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə bağlıdır.

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; […]