Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib

Oxunma vaxtı:23 Saniyə

Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib.

Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib.

Loading

Next Post

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir. Bununla bağlı “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişiklik edilməsi təklif olunub. Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliklə əlaqəli qeyd olunub ki, hazırda məktəbəqədər yaşlı uşaqların təhsili yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, həm də məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi […]