Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub

Oxunma vaxtı:32 Saniyə

Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.

Bu barədə Gürcüstan Hökumət Aparatının mətbuat xidməti məlumat yayıb.

Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da parlament seçkilərində hakim komandanın qələbəsi və baş nazir vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Tərəflər həmçinin Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri və iki ölkənin iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq məsələlər haqqında danışıblar.

Görüşdə Gürcüstanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın müsbət dinamikada inkişaf etdiyi qeyd olunub, bölgədə sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.

Baş nazir Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduğunu söyləyib.

Loading

Next Post

Gürcüstanın Baş naziri: Azərbaycanla strateji tərəfdaşlığımız regionda sabitliyin təminində mühüm rol oynayır

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X”dəki paylaşımında bildirib. Onun sözlərinə görə, Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdə Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub: “Əli Əsədovla məhsuldar görüş keçirdim, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da […]