Sahibkarlıq sahəsində yoxlamaların birdəfəlik dayandırılması təklif olunur

Oxunma vaxtı:21 Saniyə

Azərbaycanda müəyyən istisnalarla sahibkarlıq sahəsində yoxlamaların birdəfəlik dayandırılması nəzərdən keçirilməlidir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə bildirib.

“Bəlkə bunu sistem halına salaq? Onsuz da, sahibkarlar 12 ildir ki, yoxlama olmadan öz fəaliyyətlərini davam etdirirlər. Əlbəttə, bu, bir təklifdir, qəbul olunub-olunmayacağını müvafiq strukturlar bilərlər. Amma bu təşəbbüs Azərbaycan sahibkarlarını daha geniş fəaliyyət göstərməyə, dövlətin qayğısı ilə yeni iş yerləri açmağa sövq edəcək”, – deyə o qeyd edib.

Loading

Next Post

Ombudsman gənclərə müraciət edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2 Fevral – Gənclər Günü münasibətilə gənclərə müraciət edib. Müraciətdə deyilir ki, Azərbaycan gəncliyi hər zaman dövlətin ali diqqət və qayğısı ilə əhatə olunub. Bildirilib ki, Azərbaycan gəncliyi vətənin taleyini müəyyən edən tarixi məqamlarda öz sözünü deyib: “Vətən müharibəsində gənclərimizin göstərdiyi rəşadət, […]