Lalə Şövkətin səhhəti normaldır – Ailəsindən iddialara CAVAB

Oxunma vaxtı:24 Saniyə

Tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət haqqında sosial şəbəkələrdə iddialar yayılıb. Belə ki, bəzi şəxslər tərəfindən onun dünyasını dəyişdiyi ilə bağlı paylaşımlar edilib

Modern.az məsələni aydınlaşdırmaq üçün Lalə Şövkətin oğlu Sidqi Şövkətlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Sidqi Şövkət bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Lalə Şövkətin dünyasını dəyişməsi ilə bağlı yayılan informasiyalar boş söhbətlərdir. Hazırda Lalə Şövkətin səhhətində hər şey normaldır”,- o deyib.

Qeyd edək ki, Lalə Şövkət hazırda 73 yaşındadır.

Loading

Next Post

Rusiya ixraca qadağa qoydu: benzin bahalaşacaq?

Rusiyadan əsas aldığımız “Premium” markalı benzindir. Ona görə də hazırkı qadağanın Azərbaycana ciddi təsir edəcəyini düşünmürəm. Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın martın 1-dən benzin ixracına qadağa qoymasının Azərbaycanda yanacağın qiymətinə təsiri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Rusiyanın yanacaq ixracatına qadağa qoyması birinci dəfə deyil: “Bundan öncə […]