Gürcüstanın Baş naziri: Azərbaycanla strateji tərəfdaşlığımız regionda sabitliyin təminində mühüm rol oynayır

Oxunma vaxtı:24 Saniyə

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X”dəki paylaşımında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdə Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub:

“Əli Əsədovla məhsuldar görüş keçirdim, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da dərinləşdirilməsi perspektivlərini müzakirə etdik. Xüsusilə ticarət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladıq. Strateji tərəfdaşlığımız regionda tərəfdaşlarımız üçün sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”.

Loading

Next Post

İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş keçirilib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yanvarın 17-də ölkədə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü keçirilib.13:39Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb. “Report” xəbər verir ki, görüş dövlət başçısının şəhərkənarı iqamətgahında keçirilir.