Azərbaycanda bu qəzet və jurnal BAĞLANDI

Oxunma vaxtı:27 Saniyə

Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Mülkiyyət” qəzetinin və “Daşınmaz Əmlak Bülleteni” jurnalının fəaliyyəti ilə bağlı hüquqi prosedurlara başlanılıb.

Qəzet və jurnalın təsisçisi “Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti” MMC ləğv olunduğunu elan edib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi ünvana – Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 139, mənzil 139 ünvanına təqdim edə bilərlər.

Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirilib ki, qəzet və jurnal uzun müddətdir çap olunmur:

“Hazırda bununla bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilir”. (Mənbə Oxu.az)

Məşhur Mülkiyyət qəzeti ləğv olunur

Azərbaycanda bu qəzet və jurnal BAĞLANDI

Loading

Next Post

Azərbaycanın futzal millisi iki yoldaşlıq oyunu keçirəcək

Futzal üzrə Azərbaycan millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib. Komanda yanvarın 22-si və 24-də Danimarka yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək. Oyunların başlama saatı hələlik məlum deyil.