Məcnun Məmmədovun Zəngilandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Oxunma vaxtı:25 Saniyə

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun aprelin 17-də, saat 09:00-da Zəngilan rayonunun Ağalı kəndində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul aprelin 24-də olacaq.

Nazir əvvəlcədən elan olunduğu kimi, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Loading

Next Post

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub. Bu vəzifəyə Şahin Həsənov təyin edilib. Qeyd edək ki, Şahin Həsənov bundan əvvəl Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri olub. Xatırladaq ki, Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov vəzifəsindən azad olunub və Prezident İlham Əliyevin sərəncamı ilə Xüsusi […]