Ermənistana casusluqda ittiham olunan İqbal Əbilova hökm oxunub

Oxunma vaxtı:36 Saniyə

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra edərək dövlətə xəyanətdə təqsirləndirilən İqbal Şahin oğlu Əbilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, o, 18 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

O, üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanətdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

İqbal Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham edilib.

Loading

Next Post

Sumqayıtda partlayış olub, xəsarət alanlar var

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.  Hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.(Report)