Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

DogruSozTv Az
Oxunma vaxtı:38 Saniyə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 86 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Loading

Next Post

İsrailin Qəzzaya endirdiyi yeni zərbələr nəticəsində 37 nəfər həlak olub

İsrailin yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində çərşənbə axşamı Qəzza zolağında azı 37 nəfər həlak olub. Bu barədə Yəmənin “Al Masirah” telekanalı məlumat yayıb. Qeyd olunub ki, İsrail artilleriyası 30 nəfərin həlak olduğu Qəzza şəhərinin şərq və cənub məhəllələrini atəşə tutur. Sentyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinə intensiv […]