Çin Xalq Respublikasının Sədri İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:37 Saniyə

Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı ifadə etməkdən şərəf duyuram.

Siz keçən ay Çində uğurlu dövlət səfərində oldunuz və biz birlikdə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını elan etdik, bununla da ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər açdıq, yeni vəzifələr müəyyənləşdirdik.

Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və çoxvektorlu qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi, ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəlməsi, Çin və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimizin inkişafına dəstək verilməsi üzrə Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və əmin-amanlıq arzulayıram”.

Loading

Next Post

Prezident İlham Əliyev İsmayıllıda “Talıstan” liseyinin binasının açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin başçısına təhsil ocağında yaradılmış şərait barədə məlumat verdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı […]