Pərviz Şahbazov Lənkəranda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:37 Saniyə

Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində (ünvan: Akademik Zərifə Əliyeva küçəsi, 99) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az e-poçt ünvanı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin “Lənkəran” filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: office.lankaran@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Loading

Next Post

Alen Simonyan: Azərbaycanla danışıqlar erməni tərəfinin xəbər sızdırması səbəbindən uğursuz olub

Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub. Bu barədə A.Simonyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, məlumat sızıntısının günahkarı Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryandır. “Baş nazir Nikol Paşinyan gəlib bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını […]