Sabah Bakıda hava günəşli keçəcək

Oxunma vaxtı:36 Saniyə

Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Bildirilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Loading

Next Post

Ermənistan-Amerika birgə hərbi təlimləri avqustun 12-də başlayacaq

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək. Bu barədə Ermənistan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının, eləcə də Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq. Təlimlərin proqramına tibbi evakuasiya prosedurlarına xüsusi diqqət yetirilməklə sülhməramlı […]