Onlara dini kəbinin kəsilməsi qadağan edilir

Oxunma vaxtı:47 Saniyə

Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni sənədlər hazırlanır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məlumat verib.

 O qeyd edib ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” əsasında hazırlanan iki sənəd yekunlaşıb, qəbul olunub: “Bunlar fövqəladə hallarda, pandemiya və s. durumda uşaqların təhsilə və digər sosial xidmətlərə əlçatanlıqda bərabərliyin təmin edilməsi və xarici ölkələrdəki yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının ölkəmizə repartiasiyasi haqqında sənədlərdir. Növbəti 3 sənəd isə demək olar, son mərhələdədir. Bu il həmin sənədlər qəbul olunacaq”.

Sədr müavinin sözlərinə görə, uşaq hüquqları ilə bağlı qanun layihəsi artıq aidiyyəti qurumların rəy mərhələsindədir.

O qeyd edib ki, qanun layihəsində uşaqlarla bağlı inzibati və məhkəmə icrası ilə əlaqədər yeni tələblər yer alıb.

Sədr müavinin sözlərinə görə, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamlar öz əksini tapıb. Sədr müavini qanunla nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsinin qadağan edilə biləcəyini vurğulayıb.(Qafqazinfo)

Loading

Next Post

Azərbaycanda orta aylıq əməkhaqqı ARTACAQ

Orta aylıq əməkhaqqının 980,0 manatdan 990,0 manat olması proqnozlaşdırılır.   Bu barədə “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində qeyd olunub.  Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, habelə aparılan şəffaflaşdırma tədbirləri nəticəsində əldə olunan ümumi artım tempi və ilin növbəti aylarında baş […]