Həftənin ilk günü bir sıra yollarda nəqliyyatın sıxlığı yaranıb

Oxunma vaxtı:43 Saniyə

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

2. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

5. Babək prospekti, mərkəz istiqamətində;

6. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

7. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

10. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Loading

Next Post

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

23-27 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç […]