Prezident onu yenidən icraçı direktor təyin etdi

Oxunma vaxtı:21 Saniyə

Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin olunub. 

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, Fondun icraçı direktoru və onun müavininin (müavinləri) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər. 

T.Piriyev 5 il bundan əvvəl isə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru vəzifəsinə təyinat almışdı

Loading

Next Post

DİM abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi 25 may 2025-ci il tarixində II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Müraciətdə deyilir: “İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. […]