Polkovnik rektor təyin edildi

Oxunma vaxtı:18 Saniyə

Heydər Əliyev adına Hərbi İnstituta rektor təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, polkovnik Ümidvar Quliyev institutun rektoru təyin edilib.

Polkovnik Quliyev Vətən müharibəsində şücaət göstərən hərbçilərdəndir. O, müharibədən sonra “Qarabağ” ordeni ilə təltif edilib.

Müdafiə Nazirliyində aparılan kadr islahatları ilə son vaxtlarda bir neçə Vətən Müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edilib.

Loading

Next Post

MN: Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-də saat 10:55 radələrində Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının (PUA) fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, […]