Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın tərəflərin razılaşmaya yaxınlaşdığı və danışıqların bu gündən başlayacağı barədə bəyanatını təkzib edib.

APA-nın Tehran bürosunun məlumatına görə, Bəqai bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Ərbəin yürüşü mərasimində iştirak etmək üçün İraqa yola düşür və bu səfər şəxsi xarakter daşıyır.

Onun sözlərinə görə, İranın danışıqlar heyətinin digər üzvləri ölkə daxilindədir.

XİN sözçüsü İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan müzakirələrin iki Körfəz sahilyanı ölkəsi arasında ikitərəfli danışıqlar olduğunu vurğulayıb.

Bəqai qeyd edib ki, Omanla aparılan danışıqların məqsədi Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutun təmin edilməsidir.

O əlavə edib ki, digər ölkələr bu danışıqlar prosesində həm destruktiv, həm də konstruktiv rol oynaya bilərlər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib. Bildirilib ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin […]