Ərdoğan ABŞ-a gedə, Tramp Türkiyəyə gələ bilar – Hakan Fidan

Oxunma vaxtı:34 Saniyə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəriistisna edilmir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın Türkiyəyə səfəri ehtimalı da var.

“Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Bizim prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın Türkiyəyə səfəri də mümkündür. Səfər ərəfəsində prezidentlər NATO-nun Haaqa sammitində (24-25 iyun) görüşə bilərlər. Onlar tez-tez telefonla əlaqə saxlayırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır”, – Fidan bildirib.

Mayın 5-də Trampla telefon danışığından sonra Ərdoğan onu ABŞ-a səfərə dəvət etdiyini bildirib. Belə bir səfərin təxmini tarixləri hələ məlum deyil. Bu arada Türkiyə mediası səfərin iyunda baş tuta biləcəyini istisna etmir.

Loading

Next Post

Ərdoğan: Zəngəzur dəhlizi Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir

Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvanla quru əlaqəsi olmaqla yanaşı, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib. Prezidentin sözlərinə görə, qısa müddətdə bu keçidin açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək: “Biz qonşumuz İrandan […]