İsrail Suriya ilə bağlı Türkiyə görüşünün təşkilinə görə Azərbaycana təşəkkür edib – YENİLƏNİB

Oxunma vaxtı:36 Saniyə

Netanyahunun dəftərxanası Azərbaycanda aprelin 9-da İsrail və Türkiyə rəsmiləri arasında görüşün keçirilməsi faktını təsdiqləyib.

Bu barədə TASS məlumat yayıb.

İsrail görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

“Baş nazir Benyamin Netanyahunun göstərişi ilə ötən gün İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Xaneqbinin rəhbərlik etdiyi hərbi-siyasi nümayəndə heyəti, həmçinin müdafiə nazirliyi və güc strukturlarının nümayəndələri ilə türkiyəli həmkarları arasında görüş keçirilib”, – bəyanatda bildirilib.

***

Azərbaycanda aprelin 9-da Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib.

Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr yayıb.

Bildirilib ki, bu, “Suriyada münaqişəsizlik” mexanizminin ilk texniki görüşü olub.

“İsrail Suriyaya aid hərbi bazaları hədəf alır. Həmçinin, İsrail Türkiyəni haqsız ittihamlarla hədəf göstərir. Türkiyə isə Suriyada İsraillə münaqişədə olmaq istəmədiyini dəfələrlə vurğulayıb”, – məlumatda qeyd edilib.

Loading

Next Post

ADA forumu: anti-Azərbaycan siyasətin ifşası, reallığın təbliği - ŞƏRH

Prezident İlham Əliyevin Bakıda “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünyada geniş rezonans doğurub. 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin ADA Universitetində qatıldığı beynəlxalq forumda Prezident İlham Əliyevin söylədiyi fikirlər növbəti dəfə çoxşaxəliliyi ilə seçilib. Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Bakının atdığı addımlar, irəli […]