Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

Oxunma vaxtı:18 Saniyə

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Rusiya katerinin vurulduğunu bildirib.

Bu barədə HDQ-nin teleqram kanalındakı məlumatında bildirilib.

“Ukrayna Silahlı Qüvvələrinin HDQ-si düşməni məhv etməyə davam edir. Bu dəfə Rusiyanın Tendra dilinə logistik təminatı həyata keçirməyə çalışan kater məhv edilib. Vurulmuş hər bir kater Ukrayna ərazi sularının azad edilməsinə doğru daha bir addımdır”, – məlumatda qeyd olunub.

Loading

Next Post

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 9-cu iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycanın AQEM-in Gənclər Şurasına sədrliyi […]