“Dünyada iki lider qalıb, biri mən, digəri Putin” – Video

Oxunma vaxtı:30 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada yalnız iki liderin qaldığını bildirib.

Ərdoğan bu barədə Qaziantepdə gənclərlə görüşündə danışıb.

O, sözügedən liderlərdən birinin özünün, digərinin isə Rusiya Prezidenti Vladimir Putin olduğunu deyib. Ərdoğan fikrini uzun müddət hakimiyyətdə olmaqları ilə əsaslandırıb:

“Hazırda dünyada iki lider qalıb, mən və Putin. Bunu mən olduğum üçün demirəm, faktlara əsaslanaraq bildirirəm. 22 ildir hakimiyyətdəyəm. Putində də təqribən o qədərdir. Hazırda əlbəttə diplomatik proses davam edir. Ümid edirəm ki, bu dialoqları davam etdirə biləcəyik”.

Ərdoğan, həmçinin qeyd edib ki, Almaniya Kansleri Angela Merkel 2021-ci ildə postunu tərk etdikdə həmin ölkədə siyasət başa çatıb.

Loading

Next Post

Pezeşkian: Suriya xalqı öz taleyini kənar müdaxilə olmadan həll etməlidir

Suriya xalqı ölkənin taleyini dağıdıcı kənar müdaxilə olmadan həll etməlidir. Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib. “Suriya cəmiyyətinin müxtəlif təbəqələri arasında dialoq lazımdır ki, o, öz taleyi ilə bağlı sakit, böyük Suriya xalqına layiq bir qərar verə bilsin”, – o vurğulayıb.