“A Haber”: Türkiyədə məktəbdə baş verən atışmada müəllimə uşaqları qoruyan zamanı həlak olub

Oxunma vaxtı:20 Saniyə

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə hücum zamanı həlak olan müəllim Ayla Kara şagirdləri hücumçudan müdafiə edən zaman həlak olub.

Bu barədə “A Haber! telekanalı məlumat yayıb.

“Hadisə nəticəsində məktəbin riyaziyyat müəllimi Ayla Kara şagirdlərini öz bədəni ilə qoruduqdan sonra dünyasını dəyişib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində 9 nəfər ölüb, 13-ü yaralanıb. Ölənlərdən biri müəllim, səkkizi şagirddir.

Loading

Next Post

UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu gün baş tutacaq. Bu matçlardan sonra yarımfinalçıların adlarına aydınlıq gələcək. Niderlandın AZ klubu Ukrayna “Şaxtyor”unu qəbul edəcək. “Fiorentina” evdə “Kristal Pelas”ı, AEK “Rayo Valyekano”nu sınağa çəkəcək. “Maynts 05” isə Fransada “Strasburq”la üz-üzə gələcək. UEFA Konfrans Liqası 1/4 final mərhələsi, cavab oyunları […]