Dünyanın məşhur blogerləri Ağdamda – FOTO

Oxunma vaxtı:30 Saniyə

“Show Me Azerbaijan” layihəsi çərçivəsində Azərbaycanda olan xarici blogerlərin işğaldan azad olmuş Ağdam şəhər səfərinə start verilib.

Doğrusöztv.Az bildirir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Show Me Azerbaijan” layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir.

Layihənin məqsədi blogerlər işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş cinayətləri öz gözləri ilə görəcək və bunları dünya ictimaiyyətinə çatdırmış olacaqlar.

Qeyd edək ki, “Facebook”, “Instagram” və “YouTube” sosial media platformalarında aktivlik göstərən qrupun ümumi izləyici sayı 10 milyon nəfərdən artıqdır.

Məqaləyə dair fotomateriallar:

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı təqdim olunub

Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom […]