Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Martın 8-də Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.

Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq ifadə edilib.

Prezident Jose Ramos Hortanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə edilmiş məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Loading

Next Post

"Biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik" - Latviya lideri

Azərbaycanla Ermənistan arasında sülh prosesində biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir. Bu fikirləri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında səsləndirib. E.Levits qeyd edib: “Belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi […]