“Biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik” – Latviya lideri

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Azərbaycanla Ermənistan arasında sülh prosesində biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir.

Bu fikirləri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında səsləndirib.

E.Levits qeyd edib: “Belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik. Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın”.

Loading

Next Post

"Ukraynaya qarşı səbəbsiz və əsassız təcavüzü pisləyirik" - Latviya Prezidenti

“Latviyanın xarici siyasətinin təməlində beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə hörmət dayanır”. Bu fikri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında ifadə edib. Prezident Egils Levits deyib ki, Latviya Ukraynaya qarşı səbəbsiz və əsassız təcavüzü pisləyir, Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəkləyir.