Assosiasiya: “Qiymətli kağızlar bazarı haqqında” yeni qanun hazırlanır

Oxunma vaxtı:37 Saniyə

Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında” yeni qanun hazırlanır.

Bunu “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” (AFBİA) İctimai Birliyinin sədri Murad Yəhyayev bildirib.

“Hazırda qüvvədə olan 2015-ci ildə qəbul edilib. Bu günə qədər ona müəyyən əlavə və dəyişikliklər edilib. Ancaq bu qanun bazarın, müasir dövrün tələblərinə nə dərəcədə cavab verir, hazırda bunun diaqnostikası aparırıq. Azərbaycan Mərkəzi Bankı bu işlə məşğuldur. AFBİA da sırf praktiki olaraq bazarda yaşanan çətinliklər barədə müzakirələr aparır. Qanunun yenilənməsi qısamüddətli iş deyil, proses uzun çəkir, ən yaxşı halda 1 il davam edir. Ümid edirik ki, maksimum 1-1,5 ilə bu proses yekunlaşacaq. Təkmil qanun həm bazarın inkişafına töhfə verəcək, həm də investorların hüquqlarının müdafiəsi və digər istiqamətlərdə bizneslərin bu sahəyə marağının artırılmasına səbəb olacaq”, – deyə o qeyd edib. 

Loading

Next Post

Bakıda daha bir nəfər spirtli içkidən öldü

Bakıda daha bir nəfər qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb. Fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib. Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək […]