Bakıda daha bir nəfər spirtli içkidən öldü

Oxunma vaxtı:26 Saniyə

Bakıda daha bir nəfər qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb.

Fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib.

Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonunda 20-yə yaxın şəxs texniki spirtdən zəhərlənərək ölüb. Səbaildə vəfat edən şəxsin də həmin spirtdən qəbul edib-etmədiyi hələlik müəyyənləşməyib.(Qafqazinfo)

Loading

Next Post

Ramazan ayının - Təqvimi

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanlar İdarəsi Ramazan ayı ilə bağlı fətva verib. Fətvada Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcəyi bildirilib. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi […]