Məsud Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Oxunma vaxtı:23 Saniyə

İran Prezidenti Məsud Pezeşkian iyunun 3-də bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Məsud Pezeşkian ölkəsinin yeni səfirlərinin yolasalma mərasimində müxtəlif ölkələrlə əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsindən bəhs edib:

“Siz səfirlər İran İslam Respublikasının dünya ilə münasibətlərinin və qarşılıqlı əlaqələrinin genişləndirilməsinin ön xəttindəsiniz”.

Vurğulanıb ki, İran Prezidenti Azərbaycanla yanaşı, Kot-dİvuar, Meksika, Kuba və Uruqvaya da yeni təyin olunmuş səfirləri qəbul edib.

Loading

Next Post

Azərbaycan avtovağzalları gücləndirilmiş iş rejiminə keçir

Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb . AYNA şəhərlərarası və […]