ABŞ Türkiyəni hədələdi: Qarşılıq verəcəyik!

Oxunma vaxtı:25 Saniyə

ABŞ texnologiyasının qeyri-leqal yollarla Rusiyaya satışını dayandırmağımız üçün Türkiyənin köməklik göstərməsi lazımdır.

Bu sözləri ABŞ ticarət katibinin köməkçisi Metyu Akselrod “Faynənşl Tayms”a müsahibəsində deyib.

O qeyd edib ki, Vaşinqtonun Türkiyədən əsas tələbi ABŞ mənşəli çip və digər hissələrin Rusiyaya tədarükünün qarşısını almaqdır.

“Türkiyə Moskvanın savaş maşını üçün həyati önəm daşıyan ABŞ mənşəli çiplərin Rusiyaya ixracına məhdudiyyətlər tətbiq etməsə, qarşılıq verməkdən başqa çarəmiz qalmayacaq”, – o vurğulayıb.

Akselrod Ankara və İstanbulda Türkiyənin səlahiyyətli şəxsləri ilə bu mövzuda görüşüb, müzakirə apardığını da əlavə edib.

Loading

Next Post

İşdən çıxarılan başçının topdağıtmaz mülkləri...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq Hüseyn oğlu İbrahimovu vəzifəsindən azad edib. T.İbrahimovun vəzifədən azad olunması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusən də Ağdaş sakinləri onun vəzifədən azad edilməsinə sevindiklərini gizlətməyiblər.  T.Hüseynovun Ağdaşdakı fəaliyyəti ilə bağlı qısa bir araşdırma aparılıb. Məlum olub ki, […]