Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Oxunma vaxtı:16 Saniyə

İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, İrfan Davudov 2021-ci il iyulun 23-də Azərbaycanın Malayziyada səfiri təyin olunub.

Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Xəzər Nadir oğlu Fərhadov təyin edilib.

Loading

Next Post

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XIN) Kot-d’İvuar hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Müvafiq təbrik Azərbaycan XIN-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb. “Müstəqillik Günü münasibətilə Kot-d’İvuar Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərimizi çatdırırıq. Müstəqillik Gününüz mübarək!”, – Azərbaycan XİN-in paylaşımında qeyd olunub.