Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Oxunma vaxtı:14 Saniyə


Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.

Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

Loading

Next Post

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir. Bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib. “Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir”, – deyə dövlətimizin başçısı vurğulayıb.