Piyadaların nəzərinə! Yolu keçməzdən əvvəl qulaqlıqları çıxarın

Oxunma vaxtı:25 Saniyə

Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir.

Qeyd olunub ki, qulaqlıqdan istifadə zamanı nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir, yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir, reaksiya vermək üçün zəruri vaxt itirilir: “”Xüsusilə qeyd edirik ki, piyada keçidlərində belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər”.

DYP piyadala aşağıdakılarə tövsiyə edir:

Yolu keçməzdən əvvəl qulaqlıqları çıxarın.

Ətraf mühitə tam diqqət yetirin.

Yol hərəkəti qaydalarına ciddi əməl edin.

Loading

Next Post

Azərbaycan xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

Prezident İlham Əliyev idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal […]