Sabah 22 dərəcə isti olacaq

Oxunma vaxtı:31 Saniyə

Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 

Bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Loading

Next Post

DİM qeydiyyatdan keçə bilməyən abituriyentlərə imkan YARADIR

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə və kolleclərə qəbul olunmaq istəyən, lakin fevralın 20-dən martın 5-dək qeydiyyatdan keçməyən cari ilin məzunlarının müraciət edib. DİM xatırladıb ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən […]