
Oxunma vaxtı:42 Saniyə
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
- Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
- Ak. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
- Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
- Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
![]()
