Azərbaycanda 17 məscidə imam axtarılır

Oxunma vaxtı:34 Saniyə

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, Komitə imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə 31 məsciddə vakant yer elan olunub.

Bununla bərabər, kişi dini ayinlərin icraçısı vəzifəsi üzrə 9, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə isə 4 məsciddə müsahibə elan edilib.

Müsahibədə iştirak etmək istəyən namizədlər 26 yanvar 2026-cı il saat 9:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək sənədləri elektron qaydada sened@scara.gov.az adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ 1001) təqdim etməlidirlər.

Loading

Next Post

Sahibə Qafarova Bəhreyn kralı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb. Görüşdə Bəhreyn kralı Azərbaycanın inkişafı, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. O, həmçinin iki ölkə arasında əlaqələrin genişləndirilməsində parlamentlərin müsbət rolunu vurğulayıb. Sahibə Qafarova Azərbaycan-Bəhreyn […]