Laçın-Xankəndi yolundakı aksiyanın 101-ci günü

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası 101 gündür davam edir.

Aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında hər zaman olduğu kimi, Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Şuşada hazırda dumanlı və çiskinli hava şəraiti müşahidə olunur. Dünəndən bu gün səhərə qədər fasilələrlə güclü yağış yağıb. Amma bu ekoaksiya iştirakçılarına mane olmur.

Loading

Next Post

Türkiyədə prezident seçkiləri üçün 11 namizədin adları açıqlanıb - SİYAHI

Türkiyə Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) 11 namizədin prezident seçkilərində iştirak üçün müraciətini qəbul edib. Bu barədə qurumun məlumatında deyilir. Bildirilir ki, Komissiya sənədləri yoxlayıb və qərara gəlib ki, həmin şəxslərin mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları var. Martın 27-dək namizədlərin hər biri 100 min […]