Türkiyədə prezident seçkiləri üçün 11 namizədin adları açıqlanıb – SİYAHI

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Türkiyə Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) 11 namizədin prezident seçkilərində iştirak üçün müraciətini qəbul edib.

Bu barədə qurumun məlumatında deyilir.

Bildirilir ki, Komissiya sənədləri yoxlayıb və qərara gəlib ki, həmin şəxslərin mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları var. Martın 27-dək namizədlərin hər biri 100 min seçici imzası olan protokolları MSK-ya təqdim etməlidir.

Təsdiqlənən namizədlər arasında Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Muhammed Ali Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal və Yakup Türkal da yer alır.

Loading

Next Post

“Biz sizinlə aşağı səviyyədə rəqabət etmək istəmirik” - “Qalatasaray”ın prezidenti

“Biz sizinlə aşağı səviyyədə rəqabət etmək istəmirik. Böhtanlarla rəqabəti səviyyəsiz etməyə çalışırsınız. Biz isə bunu rədd edirik”. Bunu “Qalatasaray”ın prezidenti Dursun Özbək sosial media hesabında paylaşıb. O, “Fənərbaxça”nın prezidenti Ali Koçun, – “Cəsarətiniz varsa, etdiyiniz bütün bu manipulyasiyalar və böhtanlardan danışmaq üçün vaxt itirmədən sizi canlı yayıma dəvət edirəm”, – […]