Sahibə Qafarova Bəhreyn kralı ilə görüşüb

Oxunma vaxtı:43 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.

Görüşdə Bəhreyn kralı Azərbaycanın inkişafı, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. O, həmçinin iki ölkə arasında əlaqələrin genişləndirilməsində parlamentlərin müsbət rolunu vurğulayıb.

Sahibə Qafarova Azərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu ifadə edərək, ölkələr arasında mövcud olan siyasi əlaqələrin digər sahələrdə, o cümlədən iqtisadi, investisiya, turizm sahələrində geniş əməkdaşlıq imkanları yaratdığını bildirib. O, bu il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladıb. Söhbət zamanı iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

Sahibə Qafarova bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu qeyd edərək, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin və sıx təmasların qanunvericilik orqanları arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb.

Sahibə Qafarova Bəhreyn kralı ilə görüşüb

Loading

Next Post

Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlanıb

Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb. Bu, Misli Premyer Liqasının XVII turunda baş tutub. Ötən tur 7 legioner baş məşqçinin komandasının meydana çıxması ilə əlamətdar olub. 2026-cı ilin ilk çempionat oyunlarında Valdas Dambrauskas (“Sabah”), Kurban Berdıyev (“Turan Tovuz”), Saşa İliç (“Sumqayıt”), Andrey Demçenko (“Araz-Naxçıvan”), Yuri […]