DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Oxunma vaxtı:22 Saniyə

Futbol üzrə dünya çempionatının final oyununu idarə edəcək hakim bəlli olub.

İspaniya – Argentina matçı sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb.

DÇ-2026-da Fransa və İngiltərə komandaları arasında keçiriləcək üçüncü yer uğrunda görüşdə isə venesuelalı Xesus Valensuela əsas söz sahibi olacaq.

Xatırladaq ki, Fransa – İngiltərə oyunu iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da, İspaniya – Argentina matçı isə iyulun 19-da, saat 23:00-da start götürəcək.

Loading

Next Post

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

Slovakiya Prezidenti Peter Pelleqrini Bakıdakı sevimli piyada marşrutlarından birinin adını çəkib. O, “AnewZ” telekanalına müsahibəsində bildirib ki, Bakıda tarix və müasirlik arasındakı sinerji onun xoşuna gəlir: “Hər dəfə mən Bakıya gələndə yeni bir şey görürəm. Lakin yeni binalara baxmayaraq, siz hələ də köhnə şəhəri yaxşı vəziyyətdə qoruyub saxlayırsınız. Sahildən qədim […]