İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Şimali Makedoniya Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələr üzərində qurulan Azərbaycan-Şimali Makedoniya dövlətlərarası əlaqələrinin və tərəfdaşlığının möhkəmlənməsi və ildən-ilə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Bu gün tərəfdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Şimali Makedoniya arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

"Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Azərbaycan təmsilçilərinin İngiltərə klublarına qarşı 12-ci dueli olacaq. Əvvəlki 11 matçın hamısında “Qarabağ” iştirak edib. 10 görüşdə rəqiblərinə uduzan “köhlən atlar” yalnız bir dəfə heç-heçəyə nail olub. İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu […]