Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

Oxunma vaxtı:23 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru xanım Luiza Arbura təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli xanım General-Qubernator,

Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr xalqların mənafelərinə uyğun olaraq bundan sonra da qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram”.

Loading

Next Post

Sabah 35 dərəcə isti olacaq

Azərbaycanda iyulun 2-də 35 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa […]