Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki əsas hərbi müəssisələrdən birinə, eləcə də təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib.

“Bu gün Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki mühüm hərbi müəssisələrdən birini vurub. Bu müəssisə Rusiyanın aviasiya və raket texnikası üçün komponentlər tədarük edir”, – o qeyd edib.

V.Zelenski həmçinin bildirib ki, Ukrayna qüvvələri ölkə sərhədindən təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib.

Onun sözlərinə görə, Rusiya ordusunu dronlar üçün komponentlər, naviqasiya avadanlıqları və s. ilə təmin edən Rusiya logistikasına qarşı əməliyyat da davam edir.

Loading

Next Post

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO

Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Rəşad Aslanov bu təyinatadək Azərbaycan Respublikasının İtaliyadakı səfiri postunu tuturdu. Prezident onun İtaliyadan geri çağırılması barədə Sərəncam imzalayıb.